“omrum.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani açıqlayıb.
“Putinin Tehrana səfəri hazırda hazırlıq mərhələsindədir, lazımi tədbirlər görülür”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 18-də rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. İranın XİN rəhbəri Abbaq Araqçı bu səfərin cari il ərzində baş tutacağına ümid etdiyini bildirib. O, həmçinin İranın səfərin tarixinin müəyyən edilməsini gözlədiyini söyləyib.