Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran rəsmiləri Trampa zəng etdi - Razılaşmaq istəyirlər
 
						İran rəsmiləri Trampa zəng etdi 
							 - Razılaşmaq istəyirlər
Əlavə olunub: 06.13.2025 | 19:50 | Baxılıb: 5057
ABŞ Prezidenti Donald Tramp İran rəsmilərinin ona zəng edərək Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyi xahiş etdiklərini açıqlayıb.

“omrum.az” xəbər verir ki, Tramp bu haqda “NBC News” telekanalının efirində deyib.

Belə ki, İsrailin zərbələrindən sonra İranın niyə indi razılaşmaq istəməsi barədə suala cavabında Tramp vurğulayıb ki, İslam Respublikasının hökumət rəsmiləri ona oxşar təkliflərlə müraciət ediblər:

“Mənlə sövdələşmə haqqında danışmaq üçün zəng edirlər”.

“Onlar sövdələşmə etmək fürsətini əldən verdilər. İndi bəlkə onların başqa fürsəti olacaq. Baxacağıq”, - ABŞ dövlət başçısı bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.