Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İrana hücumda HHQ rəhbərliyi də öldürülüb
 
						İrana hücumda HHQ rəhbərliyi də öldürülüb
Əlavə olunub: 06.13.2025 | 13:56 | Baxılıb: 2011
İsrail hərbçiləri İran Hərbi Hava Qüvvələrinin rəhbərliyinin böyük hissəsini zərərsizləşdirib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin “Ynet” portalı yayıb. 

Bildirilib ki, israilli hərbçilər ölkənin müdafiə naziri İsrail Katzı bu barədə məlumatlandırıblar.

Qeyd olunub ki, İran HHQ-nin rəhbərliyi yeraltı qərargahda iclas zamanı öldürülüblər.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, eləcə də digər yüksəksəviyyəli hərbi şəxslər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.