Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 10:02 | Baxılıb: 924
Tehranda məhkəmə Azərbaycan əsilli tanınmış iranlı rejissor Cəfər Pənahi barəsində qiyabi bir il həbs cəzası çıxarıb. 

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı rejissorun vəkili Mustafa Neyli “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına, ictimai və siyasi təşkilatlarda iştirakına qadağa qoyulub. 

Bildirilib ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib. 

İran mediası Pənahinin son zamanlar ölkə xaricində olduğunu yazıb.

Xatırladaq ki, bu ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.