“omrum.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Buşehr vilayətinin təcili tibbi yardım xidmətinin rəhbəri Həsən Musəvi açıqlayıb.
“Kaveh” şirkətinə məxsus anbarında qeydə alınan bu hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.
Musəvinin sözlərinə görə, yanğının miqyası nəzərə alınaraq, xəsarət alanların artacağı istisna edilmir.
Bununla belə, hadisənin səbəbi qeyd olunmayıb.