Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
 
						İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
Əlavə olunub: 06.13.2025 | 23:41 | Baxılıb: 2350
İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib.

O qeyd edib ki, nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.