Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İranın raket qurğularının üçdə birini məhv etmişik” - İsrail
 
						“İranın raket qurğularının üçdə birini məhv etmişik” 
							 - İsrail
Əlavə olunub: 06.16.2025 | 15:57 | Baxılıb: 1616
“İsrail İranın raket buraxılış qurğularının üçdə birini məhv edib”.

“omrum.az” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edilib ki, dörd gün ərzində davam edən hərbi əməliyyatlarda İranın 120-dən çox raket buraxılış qurğusu sıradan çıxarılıb.

İsrail HHQ sözçüsü Effi Defrin bildirib ki, hava qüvvələri İranın İsfahan şəhərində 100-ə yaxın hərbi obyektə zərbələr endirmək üçün təxminən 50 qırıcı və təyyarədən istifadə edib.

“Bu zərbələr zamanı eyni vaxtda 20-dən çox raket İsrail dövləti ərazisinə doğru atılmadan bir neçə dəqiqə əvvəl vurulub”, - sözçü bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.