
“omrum.az” Rusiya mediasına istinadən xəbər verir ki, qətnamədə İrandan zənginləşdirilmiş uranın ehtiyatları və bombardman edilmiş nüvə obyektlərinin vəziyyəti haqqında agentliyə dərhal məlumat vermək tələb olunur.
19 ölkə sənədin lehinə, 3 ölkə - Rusiya, Çin və Niger əleyhinə səs verib, daha 12 ölkə isə bitərəf qalıb.
Xatırladaq ki, daha əvvəl AEBA-nın direktoru Rafael Mariano Qrossi İranı agentliyin zədələnmiş obyektlərə, xüsusən də təcili aydınlaşdırma tələb edən aşağı və yüksək zənginləşdirilmiş uranın ehtiyatlarına çıxışını təmin etməyə çağırmışdı.