Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 13:28 | Baxılıb: 388
“Azərbaycan və İran arasında münasibətlərin dərin tarixi, mədəni, dini kökləri mövcuddur”.

“omrum.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan iranlı həmkarı Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında siyasi, iqtisadi, investisiya, enerji təhlükəsizliyi, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və qlobal mövzular müzakirə edilib.

“İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ilin 10 ayı ərzində isə 520 milyon dollar həcmində olub”, - nazir bildirib.

C.Bayramov həmçinin görüş zamanı Araz çayı üzərində birgə layihələrin xüsusi vurğulandığını diqqətə çatdırıb.

“Azərbaycanla İran arasında ikitərəfli siyasi dialoq çox fəal davam edir. Bu yaxınlarda iki ölkə arasında nazir müavinləri səviyyəsində konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də bizim sıx dialoqumuz mövcuddur”, - XİN rəhbəri qeyd edib.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.