Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 10:44 | Baxılıb: 3481
İranda qadın taekvandoçu və gimnastika üzrə məşqçi Haniyə Şariati Rudpoşti saxlanılıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Norveçdə fəaliyyət göstərən “Hengaw Organization for Human Rights” təşkilatı yayıb.

Tehranda saxlanılan Haniyənin naməlum istiqamətə aparıldığı bildirilib.

İdmançının ailəsinə yaxın mənbənin təşkilata açıqladığı məlumata görə, onun saxlanılmasına səbəb küçədə baş örtüyü olmadan akrobatika hərəkətləri etməsi olub.

Həmçinin qeyd olunub ki, məşqçiyə ailəsi ilə qısa telefon danışığı aparmağa icazə verilib. O bu zaman yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib və kömək istəyib. Ailə daha sonra Haniyədən heç bir məlumat ala bilməyib.

Hadisədən sonra taekvandoçunun sosial şəbəkə hesabları da nəzarə götürülüb, təqribən 160 min izləyicisi olan instaqram hesabı isə bağlanıb.

Qeyd edək ki, hadisə sosial şəbəkələrin İran seqmentində müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri ölkədə hicabla bağlı qaydaların son zamanlar sərtləşdirildiyinə diqqət çəkiblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.