“omrum.az” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə universitet binasında baş verib.
1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Hadisə ilə bağlı TƏBİB-dən “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:50 radələrində 1988-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.