Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi
 
						İşə düzəltmək adı ilə 100 minlik dələduzluq 
							 - Qazi həbs edildi
Əlavə olunub: 08.19.2025 | 19:43 | Baxılıb: 4977
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən,  Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.

“omrum.az"in əldə etdiyi məlumata görə, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə  İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.