DİN-in Mətbuat Xidmətindən “omrum.az”ya verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.