Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail Fransanın yardımından imtina edib
 
						İsrail Fransanın yardımından imtina edib
Əlavə olunub: 05.01.2025 | 14:48 | Baxılıb: 1577
Məlum olduğu kimi, İsrail hazırda Yerusəlim ətrafında qeydə alınan meşə yanğınları ilə mübarizə aparır.

“omrum.az” İsrailin “Newsru.co.il” portalına istinadən xəbər verir ki, bu gün ərzində bir neçə ölkədən İsrailə yanğınsöndürən təyyarələrin göndərilməsi gözlənilir. 

Bildirilib ki, İsrailə Kiprdən“Bell 412” helikopteri, Xorvatiya və İtaliyadan isə “Canadair CL-415” amfibiya təyyarəsinin gələcəyi gözlənilir. 

Bununla belə, qeyd olunub ki, İsrail Xarici İşlər Nazirliyi Fransanı bu ölkədən yardım tələb olunmadığına dair məlumatlandırıb.

Qeyd edək ki, bundan əvvəl, Fransa İsrailə “Canadair CL-415” amfibiya təyyarəsi göndərmək niyyətində olduğunu açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.