
“omrum.az” xəbər verir ki, bu barədə o, ABŞ-nin “Newsweek” jurnalına müsahibəsində bildirib.
“Mənim arzum, məsələn, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səud ilə sülhü qeyd etmək olardı”, - Hersoq deyib.
Onun fikrincə, islamın və iudaizmin beşiyi olan bu iki ölkə birlikdə dünyanı dəyişə bilərlər. İsrail prezidenti Ər-Riyadla sülhün həm şəxsən onun üçün, həm də bütün region üçün mühüm hadisə ola biləcəyini deyib.
İ.Hersoqun sözlərinə görə, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan keçir.