“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Netanyahunun Ofisi yayıb.
“İsrailin dünya üzrə bütün missiyalarında təhlükəsizlik tədbirlərinin, eləcə də dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsinə göstəriş verdim”, - deyə Netanyahu qeyd edib.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges saxlanılıb.