Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail və HƏMAS 60 günlük atəşkəslə bağlı razılığa gəldi - Yenilənib
 
						İsrail və HƏMAS 60 günlük atəşkəslə bağlı razılığa gəldi 
							 - Yenilənib
Əlavə olunub: 05.29.2025 | 22:50 | Baxılıb: 1180
İsrail ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffdan Qəzza zolağında 60 günlük atəşkəs və HƏMAS-ın əlində olan on israilli girovun azad edilməsini nəzərdə tutan yeni təklif alıb.

“omrum.az” xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Qeyd olunur ki, İsrail Uittkoffun bu təklifinə hələ heç bir cavab verməyib.

Nəşrin məlumatına görə, saziş layihəsi 60 günlük atəşkəs çərçivəsində Qəzzada müharibənin tam dayandırılması üçün tərəflər arasında danışıqları nəzərdə tutur.

***

İsrail Qəzzada ABŞ-nin təklif etdiyi 60 günlük atəşkəslə razılaşıb.

Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.

“İsrail bu təkliflə HƏMAS-a göndərilməmişdən əvvəl razılaşdı”, -o qeyd edib.

***

HƏMAS və İsrail Qəzza zolağında 60 günlük atəşkəslə bağlı razılığa gəlib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.