“omrum.az” xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
“Danışıqlar əsasən zorakılığın baş verməsinin qarşısını almaq və İsraili işğal etdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməyə məcbur etmək məqsədi daşıyır”, - mənbə bildirib.
Danışıqlar son həftələrdə aparılıb və İsrailin işğalı altında olan Suriyanın Quneytra əyalətində baş tutub.
Bundan əvvəl danışıqların BƏƏ-nin vasitəçiliyi ilə aparıldığı məlum olub.