Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail yenə ballistik raketlərlə vuruldu - Ölənlər var-Yenilənib
 
						İsrail yenə ballistik raketlərlə vuruldu 
							 - Ölənlər var-Yenilənib
Əlavə olunub: 06.24.2025 | 07:15 | Baxılıb: 7015
İran raketi İsrailin cənubundakı Beer Şeva şəhərində yaşayış binasına düşüb.

“omrum.az” xəbər verir ki, bu haqda İsrailin “N12” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində bir neçə nəfər yaralanıb.

***

İsrail ordusu vətəndaşlarına çağırış etməyə davam edir:

“Bir müddət əvvəl İrandan İsrail ərazisinə doğru atılan raketlər müəyyən edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir. Komandanlığının göstərişlərinə əməl etməyə davam edin”.

***

Məlumata görə, ballistik raketlərlə hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var. Dağıntılar altında qalan çox sayda mülki şəxsin olduğu bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.