Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsraildə yenidən güclü meşə yanğını başlayıb - Video
 
						İsraildə yenidən güclü meşə yanğını başlayıb 
							 - Video
Əlavə olunub: 04.30.2025 | 17:02 | Baxılıb: 1429
İsraildə Yerusəlim yaxınlığında güclü meşə yanğınları başlayıb.

“omrum.az” İsrail mediasına istinadən xəbər verir ki, ölkə polisi Neve Shalom, Nahshon, Bekoa və Latrun yaşayış məntəqələrindən sakinlərin dərhal təxliyəsini elan edib. 

Bununla yanaşı, sözügedən ərazilərin yaxınlığında olan bütün açıq məkanları tərk etmək barədə xəbərdarlıq edilib. 

Yanğınların söndürülməsinə 11 xüsusi təyyarə və 2 helikopter cəlb edilib. Güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur.

Qeyd edək ki, bir həftə əvvəl eyni ərazidə, Yerusəlim dağları yaxınlığında güclü yanğınlar qeydə alınmışdı. Bu zaman da onlarla sakin təxliyə edilmişdi. Yanğın təqribən min hektar meşə ərazisini məhv edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.