Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsraildən atəşkəslə bağlı - Açıqlama
 
						İsraildən atəşkəslə bağlı 
							 - Açıqlama
Əlavə olunub: 06.24.2025 | 10:29 | Baxılıb: 22975
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb. 

Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb. 

“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.