“omrum.az” xəbər verir ki, Katz bu barədə “X” hesabında paylaşım edib.
“HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək, ya da məhv olmaq”, - israilli nazir qeyd edib.
Katz əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı, İsrail hərbçilərinin təhlükəsizliyi üçün havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum həyata keçirir.