Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İstanbul avtobuslarında İmamoğlu qadağası
 
						İstanbul avtobuslarında İmamoğlu qadağası
Əlavə olunub: 05.23.2025 | 10:21 | Baxılıb: 5328
Türkiyədə dələduzluq, rüşvət, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səsi ilə yayımlanan elanlar qadağan edilib.

“omrum.az” “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə cinayət işinin ibtidai istintaqını aparan İstanbul Baş Prokurorluğu qərar çıxarıb.

Qərara əsasən, Əkrəm İmamoğlunun İstanbul şəhərindəki ictimai nəqliyyatda (marşrut avtobusları və metrobuslar) vətəndaşlara etdiyi səsli müraciətlər yığışdırılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

İstanbul Prokurorluğu iddia edir ki, şəhərin meri və digər şəxslər biznesmenləri pul verməyə vadar edib, haqsız qazanc əldə edib və cinayətkar fəaliyyətdən əldə edilən vəsaitləri yuyublar. Prokurorluq Ə.İmamoğlunu “cinayətkar təşkilatın rəhbəri” adlandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.