Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İstanbuldakı danışıqlar başa çatdı - Video - Yenilənib
 
						İstanbuldakı danışıqlar başa çatdı 
							 - Video - Yenilənib
Əlavə olunub: 06.02.2025 | 17:07 | Baxılıb: 3782
Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş keçiriləcək.

“omrum.az"in məlumatına görə, görüşdə iştirak etmək üçün Rusiya nümayəndə heyəti gecə saatlarında İstanbula gedib.

Qeyd edək ki, görüşün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) İstanbulda Çırağan sarayında başlaması nəzərdə tutulur.

***

TASS-ın məlumatına görə, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. 

Onu da xatırladaq ki, tərəflər arasında birbaşa danışıqların birinci raundu da mayın 16-da İstanbulda keçirilmişdi.

***

Görüşdən əvvəl çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, tərəflər arasında danışıqların birinci raundu zamanı vacib addımlar atılıb.

Onun sözlərinə görə, danışıqların ikinci raundu zamanı isə ölkə liderlərinin görüşü məsələsinin nəzərdən keçirilməsi gözlənilir. 

Bununla yanaşı, o, bugünkü danışıqlar zamanı əsirlərin mübadiləsinə dair yeni razılaşmaların əldə ediləcəyinə ümid bəslədiyini vurğulayıb. 

***

Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb. 

Görüş bir saatdan bir qədər çox davam edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.