Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 15:43 | Baxılıb: 3295
“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.

Bunu “omrum.az”ya açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib. 

Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: “Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”. 

S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: “Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.