Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İtaliya parlamentində Baş nazirə belə etiraz etdi - Video
 
						İtaliya parlamentində Baş nazirə belə etiraz etdi 
							 - Video
Əlavə olunub: 05.15.2025 | 19:09 | Baxılıb: 2064
İtaliya parlamentində gözlənilməz hadisə baş verib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Piu Europa” partiyasının katibi Rikkardo Macci Baş nazir Ciorcia Meloniyə qeyri-adi formada etiraz edib.

Belə ki, Macci başına mələfə keçirərək parlamentə gedib. O, vətəndaşlıq və əmək qanunvericiliyi ilə əlaqədar 5 məsələ ilə bağlı iyunun 8-9-da keçiriləcək referenduma görə Baş nazirin ünvanına qınaqlar səsləndirərək onun dayandığı kürsüyə doğru irəliləyib.

Nəticədə Macci parlamentdən xaric edilib. Onu otaqdan çıxararkən Meloni təbəssümlə prosesləri izləyib və telefonunda lentə alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.