Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İtaliyada universitetdə güclü yanğın - Video
 
						İtaliyada universitetdə güclü yanğın 
							 - Video
Əlavə olunub: 06.04.2025 | 16:22 | Baxılıb: 1036
İtaliyanın Viterbo şəhərində Tuscia universitetində güclü yanğın baş verib.

“omrum.az” “L'Unione Sarda” portalına istinadən xəbər verir ki, yanğın universitetin hazırda təmir işləri aparılan kənd təsərrüfatı fakültəsinin dam hissəsində qeydə alınıb. 

Hadisə nəticəsində damda işləyən işçilərdən biri itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir. 

Eyni zamanda, tələbə və müəllimlər universitetdən təxliyə edilib. Yanğının başqa binaya da keçdiyi qeyd olunub. 

Yanğının görüntülərini təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.