Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İtkin düşən kişinin meyiti tapıldı - Yenilənib
 
						İtkin düşən kişinin meyiti tapıldı 
							 - Yenilənib
Əlavə olunub: 06.05.2025 | 09:59 | Baxılıb: 1285
Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 55 yaşlı kişi itkin düşüb.

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

***

“omrum.az"in məlumatına görə, ötən gündən axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb.

Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.