Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 17:29 | Baxılıb: 3561
“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo instaqram hesabında Azərbaycan klubunun heyətində vurduğu qolu paylaşıb.

“omrum.az” xəbər verir ki, paylaşımda forvardın Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən matçda “Bayer”in (Leverkuzen) qapısına vurduğu qol yer alıb. 

Qeyd edək ki, Juninyo bu ilin yayında 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunub. Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.