Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 10:24 | Baxılıb: 1817
“Qarabağ” zədələnərək 2 aylıq sıradan çıxan Kadi Borgesi Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.

“omrum.az” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçini ispan futbolçu Joni Montiellə əvəzləyib. 

J.Montiel ÇL-in növbəti turunda “Napoli” ilə matçda Qurban Qurbanovun sərəncamında olacaq. 

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, Kadi Borges Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə matçda zədələnib və 2 aylıq sıradan çıxıb. 

Xatırladaq ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.