Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kadırov postunu tərk etmək istəyir
 
						Kadırov postunu tərk etmək istəyir
Əlavə olunub: 05.06.2025 | 16:08 | Baxılıb: 3491
Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsini tərk etmək niyyətindədir.

“omrum.az” xəbər verir ki, bunu “Çeçnya seqodnya” agentliyinə R.Kadırov özü açıqlayıb. 

Bildirilib ki, Çeçenistan rəhbəri bununla da istefaya yollana biləcəyi ilə bağlı yayılan şayiələri şərh edib:

“Özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Yeni şəxsin öz təşəbbüsləri, öz nəzər nöqteyi olacaq. Ümid edirəm ki, mənim xahişimi dəstəkləyəcəklər”.

Bununla belə, Kadırov vəzifəsindən azad edilməsi ilə bağlı məhz kimə müraciət etdiyini qeyd etməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.