Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kamran Əliyevdən 2 prokuror təyinatı
 
						Kamran Əliyevdən 2 prokuror təyinatı
Əlavə olunub: 06.17.2025 | 16:11 | Baxılıb: 11104
Gədəbəyə yeni prokuror təyin edilib.

“omrum.az” xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin olunub.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan K.Əhmədov əvvəllər Kürdəmir Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində çalışıb.

Fotoda:Kamal Əhmədov

Digər Əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru təyin edilib.

2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Ş.Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Fotoda:Şahin Şükürov

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.