Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Karapetyanın həbs müddəti uzadıldı
 
						Karapetyanın həbs müddəti uzadıldı
Əlavə olunub: 08.15.2025 | 09:40 | Baxılıb: 862
Ermənistanın Antikorrupsiya Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Karapetyanın vəkili Aram Vardevanyana istinadən TASS yayıb.

Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cari ilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.