Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Keçmiş futbolçularının adını yazıb təşəkkür etdilər - Foto
 
						Keçmiş futbolçularının adını yazıb təşəkkür etdilər 
							 - Foto
Əlavə olunub: 08.22.2025 | 12:40 | Baxılıb: 1184
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Fənərbaxça” ilə qolsuz oyundan sonra “Benfika” “Beşiktaş” Nevzat Demir Bazasında məşq edib. 

“omrum.az” xəbər verir ki, “Benfika”nın heyəti məşqdən sonra “Beşiktaş”a təşəkkürünü bildirib. 

Belə ki, otaqdakı lövhədə bu sözlər yazılıb: “Təşəkkürlər, “Beşiktaş”. Rafa, Orkun Kökçü, Joao Mario və Jurasek. Sizə yaxşı mövsüm arzulayırıq. Sevgilərlə, “L Benfica”. 

Bu isə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Xatırladaq ki, adıçəkilən futbolçular “Benfika”nın keçmiş futbolçularıdır. Onlardan ikisi ötən, digər ikisi isə bu mövsüm “Beşiktaş”a transfer olunub. 

Qeyd edək ki, “Benfika” və “Fənərbaxça” arasındakı növbəti görüş avqustun 27-də Portuqaliyada keçiriləcək.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.