Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Keçmiş hərbçini avtobus vurub öldürdü - Fotolar
 
						Keçmiş hərbçini avtobus vurub öldürdü 
							 - Fotolar
Əlavə olunub: 04.09.2025 | 10:07 | Baxılıb: 4487
Dünən paytaxtın Yasamal rayonunda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, Q.Məmmədov idarə etdiyi “Mercedes Ateco” markalı avtobusla Yeni Yasamal ərazisindən keçən Kənar dairəvi yolda piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, faciəvi şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıb. O, müharibədən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilibmiş.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.