Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü - Foto
 
						Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü 
							 - Foto
Əlavə olunub: 03.18.2025 | 11:16 | Baxılıb: 624
Şəkidə 26 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

“omrum.az” DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Şəki ŞRPŞ-nin həyata keçirdiyi əməliyyatla qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 51 yaşlı Habil Quluyev saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin və 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri sifariş əsasında deyiləcək ünvana çatdırmalı imiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Quluyev barəsində həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.