Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kəlbəcərdə parkın təməli qoyuldu - Yenilənib - Fotolar
 
						Kəlbəcərdə parkın təməli qoyuldu 
							 - Yenilənib - Fotolar
Əlavə olunub: 08.21.2025 | 10:05 | Baxılıb: 1898
Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.

“omrum.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  

***

Şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək.

Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur.

Bir sözlə, burada həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Dağlarla əhatələnmiş, əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.