Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı
 
						Kirayə qaldığı evdən 4 min oğurladı 
							 - Polis saxladı
Əlavə olunub: 02.22.2025 | 13:52 | Baxılıb: 2449
Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

“omrum.az” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.