Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kirayənişinlər arasında dava - 2 nəfər bıçaqlandı
 
						Kirayənişinlər arasında dava 
							 - 2 nəfər bıçaqlandı
Əlavə olunub: 02.25.2025 | 10:31 | Baxılıb: 1812
Ötən gün Bakının Nizami rayonunda kirayə qalan şəxslər arasında bıçaqlanma hadisəsi baş verib. 

“omrum.az” xəbər verir ki, hadisə rayonun B.Nuriyev küçəsi ev 75A ünvanında qeydə alınıb.

Belə ki, Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.

Nəticədə R. İsmayılov hər iki şəxsə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 126.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.