
“omrum.az” xəbər verir ki, o, Ailə, Mədəniyyət və İncəsənət Simpoziumunda ailə daxilində məsuliyyət bölgüsünə dair çıxışında ataları daha aktiv olmağa səsləyib.
“Təəssüf ki, yükün böyük bir hissəsi qadınların üzərinə düşür. Buna baxmayaraq, ailə həyatında bizə ən yaxşı nümunə olan Peyğəmbərimiz deyib: “Qadınlar kişilərlə birlikdə bir bütövün digər yarısıdır”. Bəli, məhz belədir. Bu, bizim mentalitetimizin, cəmiyyətimizin və ailə quruluşumuzun onurğa sütunudur. İmanımızın bizə əmr etdiyi budur. Bu, həm yaşayacağımız, həm də gələcək nəsillərə aşılayacağımız ən gözəl fəzilət olmalıdır.
Atalar analar qədər övladlarını özləri, ailələri, cəmiyyət və bəşəriyyət üçün faydalı fərdlər kimi böyütmək məsuliyyəti daşıyırlar. Elmi araşdırmalar göstərir ki, valideynlərin övladlarına ortaq diqqəti onların təhsildə deyil, həyatın hər sahəsindəki uğurlarını artırır.
Bəylər inciməsin. Qadınlar uşaq böyütmək məsələsində çox vaxt ərlərindən lazımi dəstəyi görmürlər. Ataları həyat yoldaşlarına daha çox dəstək olmağa çağırıram”, - o qeyd edib.