Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kiyevə vida səfərini etdi - Foto
 
						Kiyevə vida səfərini etdi 
							 - Foto
Əlavə olunub: 06.28.2025 | 12:21 | Baxılıb: 2746
Polşa Prezidenti Andjey Duda Ukraynaya dövlət başçısı kimi sonuncu səfərini edib.

“omrum.az” xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, Duda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Həmçinin bu ölkənin Konstitusiya Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Qeyd edək ki, iyunun əvvəlində A. Duda V. Zelenskiyə prezidentlik müddəti bitməmiş Ukraynaya səfər edəcəyini söyləmişdi.

Xatırladaq ki, Karol Navroçki Polşanın yeni Prezidenti seçilib. O, avqustun 6-da vəzifəsinin icrasına başlamalıdır.

Duda daha öncə Navroçki ilə görüş keçirib, onlar Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.

“Ukrayna əleyhinə bəyanatlar verən Navroçkinin vəzifəyə gəldikdən sonra bu ölkəyə başqa prizmadan baxacağına ümid edirəm”, - o bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.