“omrum.az” xəbər verir ki, əməliyyat nəticəsində Elçin Ağamirzə oğlu Ələkbərov tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində külli miqdarda narkotik gizlədilməsi müəyyən edilib.
Orada gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.