Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 13:21 | Baxılıb: 1525
Kolumbiya narkotik ticarəti ilə məşğul olan qruplaşmanın düşərgəsinə aviazərbələr endirib.

“omrum.az” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, düşərgə Venesuela sərhədi yaxınlığında yerləşib.

Zərbələr nəticəsində qruplaşmanın 9 silahlısının öldürüldüyü bildirilir.

Məlumata görə, Kolumbiyanın Arauka departamentində əməliyyat ölkə Prezidenti Qustavo Petronun narkotik maddə ticarətçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.