“omrum.az” xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.
Komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa Universitetləri Futzal Çempionatının qalibi oldu.
Qeyd edək ki, Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib.
Çempionatın fəxri komandasına komandamızın iki üzvü- oyunçumuz Ağalızadə Xəzər Övsət oğlu və qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu daxil edilib.
Komandamızı təbrik edir, uğurlar arzulayırıq.
Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), AHİK-in tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.