Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2025 | 04:05 | Baxılıb: 2601
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

“omrum.az” xəbər verir ki, “Fiorentina” “Sele”ni, “Betis” “Yagelloniya”nı, “Çelsi” isə “Legiya”nı mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəlib.

“Yurqorden” də “Rapid” səddini əlavə vaxtda vurduğu qollar sayəsində keçib.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

“Çelsi” (İngiltərə) 1- 2 “Legiya” (Polşa) (İlk oyun - 3:0)

“Fiorentina” (İtaliya) 2-2 “Sele” (Sloveniya) (İlk oyun - 2:1)

“Rapid” (Avstriya) 1-4 “Yurqorden” (İsveç) (İlk oyun - 1:0)

“Yagelloniya” (Polşa) 1-1 “Betis” (İspaniya) (ilk oyun - 0:2)

Qeyd edək ki, yarımfinal mərhələsinin qarşılaşmaları mayın 1-də və 8-də reallaşacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.