Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.16.2025 | 16:24 | Baxılıb: 1140
Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində silahlı qrupun səhiyyə mərkəzinə hücumu nəticəsində kütləvi insan tələfatı yaşanıb.

“omrum.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, “Demokratik İttifaq Qüvvələri” (ADF) adlanan silahlı qrup Biambve bölgəsində yerləşən Biambve Səhiyyə Mərkəzinə silahlı basqın edib.

Hücum zamanı xəstəxanada olan 20 xəstə və onların müşayiətçiləri öldürülüb. Silahlı şəxslərin bir neçə palatanı yandırdığı, tibb avadanlıqlarını talayaraq ərazidən uzaqlaşdığı bildirilir.

Xatırladaq ki, ADF 1990-cı illərin sonlarında Uqandada hökumət əleyhinə qrupların birləşməsi ilə formalaşmış, 2002-ci ildə ordunun əməliyyatları nəticəsində Konqoya DR-na keçmiş və minlərlə mülki şəxsin ölümündə ittiham olunan silahlı təşkilatdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.