Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi - And içdi
 
						Konstitusiya Məhkəməsinin 4 yeni hakimi 
							 - And içdi
Əlavə olunub: 07.04.2025 | 11:21 | Baxılıb: 3516
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Konstitusiya Məhkəməsinin yeni təyin olunmuş hakimləri Milli Məclisdə and içib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.