Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Kor qadın idi, niyə öldürürsən axı?!” - Video
 
						“Kor qadın idi, niyə öldürürsən axı?!” 
							 - Video
Əlavə olunub: 06.03.2025 | 04:19 | Baxılıb: 3845
Xəbər verdiyimiz kimi, Xaçmazda 2 il əvvəl itkin düşən 59 yaşlı Gülxar Cahangirovanın meyiti tapılıb.

“omrum.az” xəbər verir ki, qətllə bağlı bəzi təfərrüatlar bəlli olub.

Belə ki, görmə qabiliyyəti məhdud olan G. Cahangirovanın meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.

Mərhumun bacısının sözlərinə görə, hadisə tamah məqsədilə törədilib: “Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!”.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.