Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib - Video
 
						Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib 
							 - Video
Əlavə olunub: 04.17.2025 | 23:15 | Baxılıb: 3131
Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.

“omrum.az” xəbər verir ki, bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.

Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.

“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.