Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Körpüdən aşan avtomobil digər maşının üstünə düşdü - Fotolar-Yenilənib
 
						Körpüdən aşan avtomobil digər maşının üstünə düşdü 
							 - Fotolar-Yenilənib
Əlavə olunub: 04.10.2025 | 14:54 | Baxılıb: 12067
Bu gün paytaxtın mərkəzində ağır yol qəzası baş verib.

“omrum.az"in hadisə yerində olan əməkdaşının verdiyi məlumat görə, Heydər Əliyev prospektinin “Bağırov” körpüsündən keçən hissəsində “BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.

Nəticədə avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

***

NİİM-dən bildirilib ki, polisin gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.